Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
9 May – Faşizm Üzərində Qələbə Günüdür

0

  •       Artıq 78 ildir ki 1941-45 ci işlər müharibəsində Almaniyaya və onun müttəfiqlərinə qarşı iştirak etmiş hər bir xalq 9 May gününü Qələbə Günü kimi qeyd edir.Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist almaniyasının Polşaya girməsi ilə başlamış, 1945-ci il mayın 8-dən 9-na keçən gecə Almaniyanin, həmin ilin avqustunda isə Yaponiyanın təslim aktını imzalaması ilə başa çatmışdır. Nasist Almaniyasının başçısı Adolf Hitlerin şərqə doğru başladığı bu hərəkatın əsas məqsədi yaxın şərq qonşuları ilə yanaşı sovet Rusiyasıni da nüfuz dairəsinə salmaqla dünyanın əsas xammal bazalarına və satış bazarlarına sahiblənmək idi. Əlbəttə ki, bu müharibədə ona qarşı sovet ittifaqında birləşmiş respublikalar da öz istiqlaliyyəti uğrunda müqavimət göstərməklə bu müharibənin tərkib hissələrinə çevrilmişlər. Adolf Hitlerin səhər günorta və axşam yeməklərini ( fərqli şəhərlərdə) yeyəcəyini planlaşdırdığı 3 əsas şəhərlər sırasına, həmçinin Qafqaza dair tərtib etdiyi Edelveys ( dağ çiçəyi) planına Bakının da daxil edilməsi əlbəttə ki, Azərbaycan xalqının qəzəbinə səbəb olmuşdur. Müharibənin ilk günlərindən arxa cəbhədə qadın və uşaqdan tutmuş hücumda iştirak etmiş Əsgər və zabitlərimizə qədər Azərbaycan xalqı sona qədər öz iradəsini ortaya qoymuşdur.Maddi texniki təchizat olaraq istifadə olunmuş taxıl, pambıq, geyim, ərzaq, eləcə də neft və neft məhsulları ilə Azərbaycan həm arxa cəbhədə sütun rolunu oynamış, eyni zamanda düşmən qüvvələri üçün işğalı vacib olan zərurətə çevrilmişdir. Müharibə dövründə istifadə olunmuş ümumi neftin 70, benzinin isə 80 faizdən çoxunu Bakı şəhəri təmin etməklə tarixi yaddaşları fəth etmişdir. Bu müharibədə canlı qüvvə olaraq 600 mindən çox azərbaycanlı oğul və qızlarımız canı və qanı bahasına mübarizə aparmış, ölkəmizin adını uca tutmuşlar. 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilmiş,130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.Motorlar müharibəsi adlanan II Dünya müharibəsində istifadə olunan Katyusa raketi, YAK-3 qırıcı təyyarəsi, Spagin pulemyotu, ümumilikdə isə 130 adda silah və hərbi texnika azərbaycanlılar tərəfindən istehsal olunmuşdur.Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Aliyə Rüstəmbəyova və onlarla digər igidlərimizin adlarını çəkmək kifayətdir ki xalqımızın qəhrəmanlığını sübut etsin və bu mübarizənin qələbə ilə başa çatmasında tutduğumuz mövqeni bütün dünyaya göstərsin. Bu qəhrəmanlardır ki, adlarına yüzlərlə şeir yazılmış, nəğmələr qoşulmuş, dillər əzbərinə çevrilmişlər.Qoşqar Orucov, Xocalı rayon sakini,Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib56 dəfə
    9 May Faşizm Üzərində Qələbə Günüdür

    Maraqlı gələ bilər
    49
    152
    64